09.09.2010

Home page
Site map
Send message
Tarix Komitə Üzvlər Struktur Əlaqə Xəbərlər
Azeri version
English version
Russian version


«FİFA rəhbərliyi AFFA-nın fəaliyyətindən razılığını bildirdi»

Xəbər verdiyimiz kimi, noyabrın 17-də İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında rəsmi görüş keçirilib. Bununla əlaqədar R.Abdullayev AFFA-nın saytına fikirlərini bildirib: «Bildiyiniz kimi, FİFA-nın prezidenti cənab Yozef Blatterlə ilk görüşümüz bu il yanvarın 17-də Rusiyanın paytaxtı Moskvada keçirilmişdi. O zaman da Azərbaycan futbolunun inkişafı ilə bağlı səmərəli müzakirələr aparmışdıq. Amma Sürixdə, FİFA-nın mənzil-qərargahında keçirilən budəfəki görüş rəsmi xarakter daşıyırdı. Çox qısa zaman ərzində bu görüşün keçirilməsi ilə bağlı razılıq əldə olundu. Azərbaycan futbolunun hazırkı vəziyyətini, inkişaf perspektivini müzakirə etdik. Futbolun daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı AFFA tərəfindən hazırlanan layihələr barədə FİFA-nın rəhbərliyinə məlumat verdik. Baş katib Elxan Məmmədov AFFA-nın hesabatını təqdim etdi. Sevindirici haldır ki, FİFA-nın rəhbərliyi və şəxsən Yozef Blatter AFFA-nın fəaliyyətindən razı qaldığını bildirdi, Azərbaycan futbolu ilə bağlı olan bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını nümayiş etdirdi. Bu görüşlə bağlı çox xoş təəssüratlarımız var inanıram ki, bu görüş FİFA ilə AFFA arasında mövcud olan əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək».
Xatırladaq ki, noyabrın 17-də FİFA və AFFA prezidentləri arasında keçirilən görüşdə FİFA-nın baş katibi Jerom Valk, FİFA-nın Milli Assosiasiyalar və İnkişaf Departamentinin rəisi Tyerri Reqenass və FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, Azərbaycan tərəfdən isə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.


20.11.2009 - Arxivə gayıtmag

Son xəbərlər :
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010


 

 
 
 
Unibank Premyer liqası
 
Azərbaycan Kuboku
  Milli cempionat
 
Futzal
 
Azercell U-17 Liqa
 
Kapital Bank U-15 Liqa
 
U-13 Liqası
 
 
 
 
  Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2007 © Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@affa.az vasitəsilə əlaqə saxlayın