09.09.2010

Home page
Site map
Send message
Tarix Komitə Üzvlər Struktur Əlaqə Xəbərlər
Azeri version
English version
Russian version


Mükafatlandırma mərasimi keçirilib

Bu gün «Landmark»ın «Rotunda» zalında milli komandaların ən yaxşı futbolçusunun və qapıçısının müəyyənləşdirilməsi ilə bağlı AFFA tərəfindən keçirilən sorğunun qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Aparıcı Nəsib Nur, partnyorları ARDNŞ və Azercell, media partnyorları isə «İdman Azərbaycan» televiziya kanalı, «Futbol dünyası» qəzeti, apasport və azerisport portalları olan mərasimi açıq elan etdikdən sonra 2009-cu il ərzində Azərbaycanda futbolun inkişafı naminə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verdi. Sonra UEFA tərəfindən hazırlanmış, AVRO-2008-in maraqlı anlarını əks etdirən videorolik nümayiş etdirildi.
Tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış etdi: «Hörmətli mərasim iştirakçıları!
İlk növbədə hər birinizi salamlayıram. Geridə qoyduğumuz 2009-cu ildə də ölkəmizdə futbolun inkişafı naminə AFFA tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. Millimiz tarixi ərzində ilk dəfə səfər oyununda qələbə qazanıb, Rusiya millisi kimi güclü komanda ilə heç-heçə edib. Bütün bunlar futbolun inkişafı üçün tutduğumuz yolun doğru olduğunun göstəricisidir.
Əslində, bugünkü mərasimin özü də Azərbaycan futbolu tarixində bir yenilikdir. İlk dəfə olaraq, AFFA tərəfindən milli komandaların ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün sorğu təşkil olunub. Sorğunun ədalət prinsiplərinə uyğun olması üçün səsvermədə Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları iştirak ediblər. Qaliblər məhz onların verdiyi səslərə əsasən müəyyənləşib və həmin səsvermə şəffaf şəkildə ictimaiyyətə açıqlanıb.
Futbol komanda oyunudur – qələbədə kollektivin hər bir üzvünün payı var. Düşünürəm ki, bu sorğunun qalibi təkcə səsvermədə hamıdan çox səs toplamış futbolçu deyil, eyni zamanda onunla milli komandada çiyin-çiyinə çıxış edən bütün komanda yoldaşlarıdır.
Sorğuda iştirak edən hər bir kəsə təşəkkür edirəm. Qalibləri həm öz adımdan, həm də futbol ictimaiyyəti adından təbrik edir, onlara gələcək karyeralarında da böyük uğurlar arzulayıram».
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ardınca isə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, ölkəmizdə idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını, beynəlxalq səviyyəli yarışlarda idmançılarımızın böyük uğurlar qazandığını, son zamanlar futbolda da sevindirici nəticələrin əldə olunduğunu qeyd etdilər.
Çıxışlar başa çatdıqdan sonra Azərbaycan milli komandasının üzvləri alqış sədaları altında tədbirin keçirildiyi zala daxil oldular.
Sonra qadınlardan ibarət Azərbaycan milli komandasının ən yaxşı futbolçusu nominasiyasının qalibini elan etmək üçün MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə səhnəyə dəvət edildi. Məlum oldu ki, bu nominasiyada qalib adını Ana Atayeva qazanıb.
Futzal üzrə Azərbaycan milli komandasının ən yaxşı futzalçısı adına layiq görülən Rizvan Fərzəliyevə hədiyyə veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov tərəfindən təqdim olundu.
Çimərlik futbolu üzrə milli komandanın ən yaxşı futbolçusunun adını AFFA-nın baş katibi Elxan Məmmədov elan etdi və məlum oldu ki, bu futbolçu - Elvin Quliyevdir.
Azərbaycan milli komandasının ən yaxşı qapıçısı və futbolçusu elan olunmazdan əvvəl millimizin keçirdiyi oyunların yaddaqalan anlarını özündə əks etdirən videorolik nümayiş etdirildi. AFFA-nın sifarişi ilə hazırlanmış videorolik başa çatdıqdan sonra Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov səhnəyə dəvət olundu. O, sorğuda milli komandanın ən yaxşı qapıçısı adını qazanmış Kamran Ağayevə hədiyyəni təqdim etdi.
Milli komandanın ən yaxşı futbolçusu nominasiyasının qalibi - Vaqif Cavadovun adını AFFA-nın vitse-prezidenti Elşad Nəsirov elan etdi.
Hər bir nominasiyada birinci yeri tutmuş futbolçunun adı elan olunarkən səhnədə quraşdırılmış iplərin kəsilməsi nəticəsində qalibin fotoşəkli olan xüsusi bannerlər açılırdı.
Sonra səhnəyə tədbirin partnyorlarından olan Azercell şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə dəvət olundu. Qaliblərə təbriklərini çatdıran Ü.Həsənzadə Azercell şirkətinin hədiyyələrini – qol saatlarını onlara təqdim etdi.
Sonda hər bir nominasiyada qalib adını qazanmış futbolçular və onlara mükafatları təqdim edən şəxslər birlikdə xatirə şəkli çəkdirdilər.
 


21.12.2009 - Arxivə gayıtmag

Son xəbərlər :
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
08.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010
07.09.2010


 

 
 
 
Unibank Premyer liqası
 
Azərbaycan Kuboku
  Milli cempionat
 
Futzal
 
Azercell U-17 Liqa
 
Kapital Bank U-15 Liqa
 
U-13 Liqası
 
 
 
 
  Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2007 © Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@affa.az vasitəsilə əlaqə saxlayın