Hyundai-ın təqdimatında, AFFA “Sualla Zərbə” rəqəmsal kampaniyasını təşkil etdi. Bu təşəbbüsün əsas məqsədləri – azarkeşlər üçün maraqlı və orijinal məzmun yaratmaq, onlar ilə birbaşa ünsiyyət, daha güclü əlaqə qurmaq və nəticədə hər iki brendin gücləndirilməsidir
Layihə üç hissədən ibarətdir. İlkin olaraq, azarkeşlər suallara cavab verən futbolçunu seçmək şansını qazanırlar. Hər həftə milli komandanın yeni oyunçusu verilən suallara cavab verir. Sonda isə, AFFA və Hyundai rəsmi Facebook səhifələrində futbolçunu təqdim edir və əsas videonu paylaşırlar. Ümumi olaraq, milli komandanın 5 futbolçusu rubrikada iştirak edib. Layihə çoxlu sayda azarkeş cəlb edib və Hyundai-ın sosial media kanallarında izləyicilərin sayına artım qətirib. Sosial mediada bu təşəbbüsü 48 mindən çox insan nəzərdən keçirib.