2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Atena - nın sponsorluğu ilə 12 yaşadək (U-12) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
Əsasnaməsi
1. Əsas müddəalar
- Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
2. Məqsəd və vəzifələr
2.1 Atena U-12 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
- Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
- Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
- Uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
- Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi
3. İştirakçıların müəyyən olunması
3.1 Atena U-12 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının Atena U-12 Liqanın cari mövsümündə iştirakı mütləqdir.
3.2 Atena U-12 Liqada bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
4. Qeydiyyat qaydaları
- Sifariş sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə (UGYTŞ) əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri UGYTŞ tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir.
- Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmır.
- Aşağıdakı sənədlər tələb olunur:
- Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir. İlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz.
- Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir.
- Futbolçuların və məşqçilərin klubları ilə olan müqaviləsi (Premyer Liqada
iştirak edən klublar üçün mütləqdir)
- Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi.
- Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə,
şəxsiyyət vəsiqəsi və xarici pasport).
- Futbolçular üçün məktəbdən şəkilli, direktorun möhürü və imzası olan arayış (Möhürün bir hissəsi şəklin üzərinə düşmək şərti ilə). Arayışda
məktəbin və sinifin nömrəsi, məktəblinin təvəllüdü və TİMS kodu mütləq göstərilməlidir.
- Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
- Klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər.
- Hər iştirakçı-komandanın baş məşqçisi ən azı aşağıdakı ixtisaslardan birinə sahib olmalıdır:
- Ali təhsil (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu)
- Xüsusi məşqçilik kursları (UEFA Pro, A və B, AFFA C).
Qeyd 1: UEFA yarışlarında iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “B” kateqoriyasına sahib olmalıdır.
Qeyd 2: Premyer Liqada iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların
baş məşqçiləri minimum “B” kateqoriyasına və ya Ali təhsil (Azərbaycan Respublikası
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisası) diplomuna sahib olmalıdır.
Qeyd olunan ixtisasa sahib olmayan məşqçilər baş məşqçi kimi komandaya sifariş oluna bilməz.
- Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı UGYTŞ - Qeydiyyat və Statistika şöbəsindən məlumat almalıdırlar.
- Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
- Klub və ya komandalar sifariş vərəqəsinə 20 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifariş vərəqindən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenziyası Qeydiyyat və Statistika şöbəsinə təhvil verilməlidir.
- Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qeydiyyat və Statistika şöbəsinə müraciət etməlidir.
- Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır
- Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan vəsait 3 azn-dir.
Qeyd: AFFA-nın nümayəndələri kluba və ya komandaya xəbərdarlıq etmədən hər bir iştirakçı-futbolçunun orta məktəb tərəfindən təqdim olunmuş arayışı ilə bağlı yoxlama aparmaq hüququna malikdir.
Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
4.10 Liqada yaşı 12-dək olan futbolçular sifariş edilə bilər (doğum tarixi 01.01.2003-cü ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
4.11 2014-2015 cü il mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
4.12 Futbolçunun bir liqada aldığı cəza digər liqaya şamil olunmur.
4.13 U-12 Liqada klub və ya komandanın sifariş vərəqəsində aşağıdakı hallarda maksimum 2 nəfər Azərbaycan vətəndaşı olmayan şəxsin adı daxil oluna bilər:
a) Ata, ana, baba və ya nənə (hər hansı biri) Azərbaycanda yaşayarsa
b) Valideynlərdən hər hansı biri Azərbaycanda hal-hazırda işləyirsə
c) Valideynləri (və ya biri) azərbaycanlı olduğu halda, oyunçunun sənədləşmə işləri notarial qaydada valideyn tərəfindən Azərbaycan Respublikası vətəndaşına verilərsə
d) Qaçqın və ya məcburi köçkün statusuna malik olduğu halda
Qeyd: a), b), c) və d) bəndlərində göstərilən hallar sənədlə təsdiq olunmalıdır.
4.14 Meydanda eyni zamanda maksimum 2 nəfər Azərbaycan vətəndaşı olmayan futbolçunun olmasına icazə verilir.
Transfer və sifariş məsələləri
4.15 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər.
4.16 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunmuş sənədlərə üstünlük verilir:
a) Futbolçunun klub və ya komanda ilə yazılı müqaviləsi
b) Müqavilə olmadıqda, futbolçunun valideyninin (qəyyumunun) yazılı surətdə olan rəsmi mövqeyi
c) Bəzi fərdi münaqişələr AFFA-nın Futbolçuların Statusu və Transferlər komitəsi tərəfindən baxılacaqdır.
4.17 Hər futbolçu mövsüm ərzində yalnız 2 klubun heyətində çıxış edə bilər. Qeyd: ikinci seçmə mərhələ bitdikdən sonra futbolçu yalnız liqanın final mərhələsində iştirak etmək üçün 3-cü klub və ya komandaya transfer oluna bilər.
4.18 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmiş qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində ayın ilk 15 günündə ən çox 3 (üç) futbolçunu sifariş etmək hüququna malikdir.
b) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
- əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı halda:
- əvvəlki klubundan lisenziyasını təhvil verməlidir
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti UGYTŞ tərəfindən əvvəlcədən rəsmi elan olunur.
d) İkinci seçmə mərhələsi başladığı tarixdən AFFA-nın qeydiyyat bazasında olmayan futbolçu sifariş oluna bilməz.
e) İkinci seçmə mərhələyə yüksələn (yaxud vəsiqə qazanan) komandalar bir-birindən transfer edə bilməz.
f) İkinci seçmə mərhələ bitdikdən sonra final mərhələsinin püşkatmasına qədər olan müddətdə komandalara ən çox 10 futbolçunun sifariş etmək hüququ verilir (Püşkatma günü daxil deyil).
4.19 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
4.20 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
- Doğum haqqında şəhadətnamə
- Şəxsiyyət vəsiqəsi
- Xarici pasport
- Məktəb arayışı
- Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
- Müqavilə
- Anket
- Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
4.21 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
4. İştirakçı komandanın öhdəlikləri
5.1 İştirakçı klub və ya komandalar bu Əsasnamənin bütün bəndinə riayət etməlidirlər.
5.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
5.3 Klub və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına məsuliyyət daşıyırlar.
5.4 Atena U-12 Liqada iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə,klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə Atena U-12 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda,oyunların təxirə salınıb salınmaması ilə bağlı son qərarı AFFA verir.
Oyun forması ilə bağlı qaydalar:
5.5 Liqada iştirak edən komandalar AFFA tərəfindən verilmiş müvafiq formalarla çıxış etməlidir.
5.6 Premyer Liqa komandalarının formalarının üzərində həmin Liqanın şevronu əks olunmalıdır.
5.7 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
5.8 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
5.9 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ə məlumat verməlidir.
5. Yarışın keçirilmə sistemi
6.1 Yarışlar iki (2) seçmə mərhələ və final mərhələsindən ibarətdir.
I-ci seçmə mərhələ
6.2 Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq iki, üç və ya dörd dövrədən ibarətdir.
6.3 Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
6.4 Atena U-12 Liqada hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
Regional Futbol Federasiyası (RFF)
|
Keçirilmə yeri
|
I seçmə mərhələ
|
Birbaşa Final mərhələsinə çıxan komandalar
|
II seçmə
mərhələsinə çıxan
komandaların sayı
|
Final mərhələyə çıxan komandaların sayı
|
1-ci dövrədəki iştirakçıların sayı
|
2-ci dövrədəki
iştirakçıların sayı
|
3-cü dövrədəki
iştirakçıların sayı
|
4-cü dövrədəki
iştirakçıların sayı
|
5-ci dövrədəki
iştirakçıların sayı
|
Mərkəz RFF
|
İmişli
|
9
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Mərkəz RFF
|
Ağsu
|
8
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
Cənub RFF
|
Cəlilabad
|
6
|
6
|
4
|
-
|
-
|
-
|
3
|
2
|
Cənub RFF
|
Lənkəran
|
4
|
4
|
4
|
4
|
4
|
-
|
3
|
Şimal RFF
|
Sumqayıt
|
8
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Şimal RFF
|
Quba
|
11
|
4
|
-
|
-
|
-
|
-
|
3
|
Şimal-Qərb və Qarabağ RFF
|
Mingəçevir
|
9
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Şimal-Qərb və Qarabağ RFF
|
Qəbələ
|
8
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
Qərb RFF
|
Şəmkir
|
7
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Gəncə RFF
|
Göy Göl
|
9
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
Naxçıvan RFF
|
Naxçıvan
|
8
|
-
|
-
|
-
|
-
|
1
|
-
|
1
|
Bakı FF
|
Bakı
|
12
|
8
|
-
|
-
|
-
|
5
|
-
|
5
|
6.5 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
6.6 Birinci seçmə mərhlənin qaliblərinin müəyyən olunması:
- Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə
müəyyən olunur
- Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
görə isə xal verilmir
- Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə görə müəyyən olunur:
- Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
- Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
qolların sayına əsasən
- Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
- Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
- Komandaların qələbə sayına əsasən
- Ən az qırmızı və sarı kartlara görə toplamış xalların fərqinə əsasən (sarı kart
- xal, qırmızı kart 3 xal)
6.7 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır:
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
Yuxarıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
II seçmə mərhələsi vasitəsi ilə final mərhələsinə vəsiqə qazanan komandalar.
II seçmə mərhələsində ilk iki yerin sahibləri final mərhələyə vəsiqə qazanacaqlar:
- Sumqayıt və Quba şəhərlərində keçiriləcək seçmə mərhələsinin ilk üç yerlərin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
- Qəbələ və Mingəçevir şəhərlərində keçiriləcək seçmə mərhələsinin ilk üç yerlərin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
- Ağsu və İmişli şəhərlərində keçiriləcək seçmə mərhələsinin ilk üç yerlərin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
- Cəlilabad və Lənkəran şəhərlərində keçiriləcək seçmə mərhələsinin ilk üç yerlərin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
- Göy Göl və Şəmkir şəhərlərində keçiriləcək seçmə mərhələsinin ilk üç yerlərin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
II seçmə mərhələsinin keçirilmə şərtləri
I seçmə mərhələsində toplanan xallar II seçmə mərhələdə nəzərə alınmır.
II seçmə mərhələsinə yüksələn komandaların oyunları növbəli qaydada hər iki şəhərdə keçirilir.
II seçmə mərhələsinin IV turundan sonra püşkatma yolu ilə V turun oyunlarının keçirilmə yeri müəyyənləşdirilir.
II seçmə mərhələsinin qalibləri I seçmə mərhələsinin meyarlarına görə müəyyənləşdirilir.
Final mərhələsi
6.8 Final mərhələsində 16 komanda qrup sistemi ilə qarşılaşır, iştirakçılar hər qrupda 4 komanda olmaq şərti ilə 4 qrupa bölünürlər. Qrup mərhələsinin təqvimi püşkatma yolu ilə tərtib olunacaqdır.
6.9 Qrup mərhələsində oyunlar bir dövrədən ibarətdir. Bu mərhələnin oyunları yekunlaşdıqdan sonra hər qrupdan ilk iki yerin sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaqdır.
6.10 Final mərhələsinin qrup oyunları zamanı 6.6 bəndinə istinadən qaliblər müəyyən olunur.
6.11 Final mərhələnin 1/4 oyunlarından etibarən aşağıda göstərilən qaydalar üzrə qaliblər müəyyən olunacaq:
- 1/4 final mərhələsinin oyunlarında qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşdirilir.
- Oyunun əsas vaxtı ərzində vurulan qolların sayı eyni olduqda hər biri 5 dəqiqədən ibarət iki hissə oynanılacaq
- Əlavə vaxtda qalib müəyyənləşməsə penalti zərbələri keçiriləcək. Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməsə penalti zərbələri qalib müəyyənləşənə qədər davam edəcəkdir.
6.12 1/4 final mərhələsində qalib gələn komandalar 1/2 final mərhələsinə vəsiqə qazanacaqlar.
6.13 1/4 final mərhələsinin cütlükləri qrup mərhələsinin nəticələrinə əsasən müəyyən olunur. A qrupunun qalibi B qrupunda ikinci yerin sahibi ilə, C qrupunun qalibi D qrupunda ikinci yerin sahibi ilə, B qrupunun qalibi A qrupunda ikinci yerin sahibi ilə, D qrupunun qalibi C qrupunda ikinci yerin sahibi ilə qarşılaşacaqlar.
6.14 1/2 final mərhələsində 1/4 final mərhələsinin birinci cütlüyü ilə ikinci cütlüyün qalibləri, üçüncü cütlüyü ilə dördüncü cütlüyün qalibləri qarşılaşacaqlar.
6.15 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparacaq.
7. Meydança
7.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.
7.2 Meydançanın uzunluğu (60-65 m), eni (45-50 m)
7.3 Meydançada iki qapı olmalıdır.
7.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 9 m
7.5 Cərimə meydançası qapı xəttindən 13 m məsafədə olan paralel olmalıdır
Meydançanın sxemi
8. Oyunun təşkili
8.1 Atena U-12 Liqanın oyunları həftənin şənbə və ya bazar günü keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
8.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
8.3 Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 15 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunun hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
8.4 Oyun başlayan vaxta klub və ya komanda meydançada olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydançada olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
- U-14 Liqasında bütün komandalar AFFA tərəfindən nəqliyyat xərcləri və yemək ilə təmin olunur (Peşəkar futbol komandalar istisna olmaq şərti ilə)
- U-14 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
9. Oyun qaydaları
9.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
9.2 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
9.3 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur.Oyunun protokoluna 18 futbolçunun (9 əsas, 9 ehtiyat) adı və soyadı yazılır.
9.4 Yalnız 6 rəsmi şəxs və 9 futbolçunun ehtiyat skamyasında əyləşməsinə icazə verilir.
9.5 Top qapı xəttindən kənara cıxarsa top meydana ayaq ilə daxil olunmalıdır (top oyuna qapıdan əllə deyil,ayaq ilə daxil olunur)
9.6 Texniki zonada siqaret çəkmək qadağandır.
10. Oyun zamanı futbolçuların əvəzlənməsi
10.1 Oyun ərzində hər komanda 9 əvəzetmədən istifadə edə bilər.
10.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu yan hakimə lisenziya ilə yaxınlaşmalıdır.
10.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 9 futbolçu eyni zamanda edə bilər.
11. Oyunun protokolu
11.1 Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
11.2 Protokolda futbolçunun adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
11.3 İlk 9-luq kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 9 futbolçu ehtiyat oyunçular skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrə uyğun gəlməlidir.
11.4 Komandalar oyundan ən azı 15 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
11.5 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziya da aşağıdakılar əks olunur:
- Lisenziyanın nömrəsi
- Komandanın adı
- Şəxsin adı, soyadı, atasının adı
- Fotoşəkil
- Doğum tarixi
11.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
11.7 Yalnız ehtiyat futbolçu kimi göstərilən 9 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
11.8 Oyunun baş tutması üçün komandalar meydançada tam heyyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalındırılır və oyunun protokolu bağlanılır.
12. Oyun protokolunda futbolçu adlarının yer dəyişməsi
12.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
- Əgər ilk 9-luqda göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 9 ehtiyyat futbolçudan biri
ilk 9-luğa daxil edilə bilər. Bu halda oyun ərzində komandanın 9 əvəzetmə
ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
- Əgər oyunun protokolunda göstərilən 9 ehtiyyat futbolçudan hər hansı birinin
fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
13. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
13.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
13.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
13.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmır.
13.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
14. Hakimlik və İnspeksiya
14.1 Atena U-12 Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Atena U-12 Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir.
14.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
14.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
14.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
14.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
15. AFFA intizam qərarları
15.1 Bütün qırmızı vərəqələrə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
Sarı, qırmızı və yaşıl vərəqələr
15.2 Ötən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi iştirak etdiyi liqadan asılı olmayaraq cari mövsümə tətbiq olunur.
15.3 Alınan bütün sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
15.4 İntizam Komitəsi tərəfindən qərar çıxarılanadək futbolçu növbəti oyunları buraxmalıdır.
15.5 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
15.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
15.7 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
15.8 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
15.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçuların cəzaları qüvvədə qalır.
15.10 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
15.11 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
15.12 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır)
15.13 AFFA-nın Atena U-12 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək.
15.14 İlin sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən mükafatlandırılır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
15.15 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
- Doğum haqqında şəhadətnamə
- Şəxsiyyət vəsiqəsi
- Xarici pasport
- Məktəb arayışı
- Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
- Müqavilə
- Anket
- Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
15.16 Komanda tərəfindən təqdim olunmuş təkrar (dublikat) doğum haqqında şəhadətnamə, ŞV və doğumun müəyyən edilməsini göstərən məhkəmə qətnaməsi AFFA nümayəndələri tərəfindən xüsusi olaraq yoxlanılacaqdır. Bu sənədlərdə göstərilən doğum haqqında məlumatlar ilkin doğum sənədləri ilə üst-üstə düşməzsə, bu hal saxta sənəd təqdim olunması kimi qiymətləndiriləcək.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
15.17 Yuxarıda göstərilən hallar aşkarlanarsa, aşağıdakı cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticəsinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
16. Protestlər
16.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın UGYTŞ-ya öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-ya çatdırılmalıdır.
16.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
- 11 metrlik cərimə zərbələrinin təyin olunması
- 11 metrlik cərimə zərbələrinin təyin olunmaması
- “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
- Topun qapı xəttini keçib-keçməməsi barədə
16.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq Appellyasiyaya müraciət edə bilər.
17. Mükafatlandırma
Seçmə mərhələ
17.1 Yarışların keçirildiyi regionlarda bir komanda və ya klub Fair Play (Ədalətli Oyun) mükafatı ilə təltif olunur.
Final mərhələsi
17.2 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq
17.3 Mövsümün sonunda liqanın bombardiri və ən yaxşı futbolçusu seçilir və dəyərli hədiyyələrlə mükafatlandırılır.
18. Mətbuat
18.1 Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
19. Stadion və iştirakçı komandaların təminatı
19.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
- Top №4 (təsdiq edilmiş sayda)
- Qapılar 4 ədəd
- Qapı toru
- Oyun gödəkçələri (jilet)
- İcarə haqqı
19.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
- Top №4 (təsdiq edilmiş sayda)
- Oyun forması (təsdiq edilmiş sayda)
- Nəqliyyat xərcləri (təsdiq edilmiş miqdarda)
- Oyun günləri nahar (təyin edilmiş regionlarda)
- Final mərhələsi zamanı mehmanxana və yemək xərcləri (müəyyən edilmiş komandalar üçün)
20. Reklam lövhələri və aksiyaları (promotion)
20.1 Meydançada reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır.