2014-2015-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 14 yaşadək (U-14) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
Əsasnaməsi
Əsas müddəalar
Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər
üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
Məqsəd və vəzifələr
U-14 Liqa aşağıdakı məqsədlər üçün keçirilir:
Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
Uşaq və yeniyetmə futbolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi
İştirakçıların müəyyən olunması
U-14 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.
U-14 Liqada cari mövsümdə Topaz Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qruplarının iştirakı mütləqdir.
U-14 Liqada bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
Qeydiyyat qaydaları
Sifariş sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə (UGYTŞ) əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri UGYTŞ tərəfindən yoxlanıldıqdan sonra Qeydiyyat və Statistika şöbəsinə təqdim edilir.
Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmır.
Aşağıdakı sənədlər tələb olunur:
Üzərində klub rəhbərinin imzası, möhürü və həkimin imzası (hər bir
futbolçunun qarşısında və sifariş vərəqəsinin arxasında), möhürü olan
sifariş vərəqəsi. Sifariş vərəqəsində komandanın əlaqələndirici şəxsinin və ya klubun e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir. İlkin sifariş vərəqəsinə əlavə sifariş olunacaq oyunçuların adları qeyd oluna bilməz.
Əlavə sifariş verildiyi zaman, yalnız mövsüm öncəsi komandalara təqdim olunmuş əlavə sifariş vərəqələrindən istifadə etmək olar. Əlavə sifariş vərəqəsinin doldurulma qaydası ilkin sifariş vərəqəsinin doldurulma qaydası ilə eynidir.
Futbolçuların və məşqçilərin klubları ilə olan müqaviləsi (Premyer Liqada
iştirak edən klublar üçün mütləqdir)
Hər futbolçunun, məşqçinin və klub işçisinin anketi.
Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə,
şəxsiyyət vəsiqəsi və xarici pasport).
Futbolçular üçün məktəbdən şəkilli, direktorun möhürü və imzası olan arayış (Möhürün bir hissəsi şəklin üzərinə düşmək şərti ilə). Arayışda
məktəbin və sinifin nömrəsi, məktəblinin təvəllüdü və TİMS kodu mütləq göstərilməlidir.
Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
Klubun loqotipi həmin formatda diskə əlavə oluna bilər.
Hər iştirakçı-komandanın baş məşqçisi ən azı aşağıdakı ixtisaslardan birinə sahib olmalıdır:
Ali təhsil (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının diplomu)
Xüsusi məşqçilik kursları (UEFA Pro, A və B, AFFA C).
Qeyd 1: UEFA yarışlarında iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların baş məşqçiləri minimum “B” kateqoriyasına sahib olmalıdır.
Qeyd 2: Premyer Liqada iştirak etmək üçün lisenziya almağa müraciət edəcək klubların
baş məşqçiləri minimum “B” kateqoriyasına və ya Ali təhsil (Azərbaycan Respublikası
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisası) diplomuna sahib olmalıdır.
Qeyd olunan ixtisasa sahib olmayan məşqçilər baş məşqçi kimi komandaya sifariş oluna bilməz.
Sifariş sənədləri təqdim olunduqdan iki həftə sonra klub və ya komanda nümayəndələri təqdim olunan sənədlərdəki çatışmazlıqlar və lisenziyaların təhvil alınması ilə bağlı UGYTŞ - Qeydiyyat və Statistika şöbəsindən məlumat almalıdırlar.
Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
Klub və ya komandalar sifariş vərəqəsinə 25 futbolçunun adını daxil etmək hüququna malikdir. Sifariş limiti dolduqda hər əlavə olunacaq futbolçunun əvəzinə bir futbolçunun adı sifariş vərəqindən çıxarılmalıdır. Sifarişdən çıxarılmış futbolçunun lisenziyası Qeydiyyat və Statistika şöbəsinə təhvil verilməlidir.
Klub və ya komanda əlavə sifariş etmək istədiyi halda, əlavə sifariş vərəqəsi ilə Qeydiyyat və Statistika şöbəsinə müraciət etməlidir.
Sənədlərin təqdim edilməsi və lisenziyaların alınması klub və ya komandanın rəsmi nümayəndəsi vasitəsi ilə aparılmalıdır
Təqdim olunan lisenziya yararsız hala düşdükdə (itirildikdə və s.) yenilənməsi üçün tələb olunan vəsait 3 azn-dir.
Qeyd: AFFA-nın nümayəndələri kluba və ya komandaya xəbərdarlıq etmədən hər bir iştirakçı-futbolçunun orta məktəb tərəfindən təqdim olunmuş arayışı ilə bağlı yoxlama aparmaq hüququna malikdir.
Futbolçuların təvəllüdləri və liqalardakı iştirakı
Liqada yaşı 14-dək olan futbolçular sifariş edilə bilər (doğum tarixi 01.01.2001-cü ildən
başlayanlar və maksimum iki il aşağı təvəllüdlü).
4.11 2014-2015-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
Futbolçunun bir liqada aldığı cəza digər liqaya şamil olunmur.
U-14 Liqada klub və ya komandanın sifariş vərəqəsində aşağıdakı hallarda maksimum 2
nəfər Azərbaycan vətəndaşı olmayan şəxsin adı daxil oluna bilər:
a) Ata, ana, baba və ya nənə (hər hansı biri) Azərbaycanda yaşayarsa
b) Valideynlərdən hər hansı biri Azərbaycanda hal-hazırda işləyirsə
c) Valideynləri (və ya biri) azərbaycanlı olduğu halda, oyunçunun sənədləşmə işləri notarial qaydada valideyn tərəfindən Azərbaycan Respublikası vətəndaşına verilərsə
d) Qaçqın və ya məcburi köçkün statusuna malik olduğu halda
Qeyd: a), b), c) və d) bəndlərində göstərilən hallar sənədlə təsdiq olunmalıdır.
Meydanda eyni zamanda maksimum 2 nəfər Azərbaycan vətəndaşı olmayan futbolçunun
olmasına icazə verilir.
Transfer və sifariş məsələləri
4.15 Hər bir futbolçu eyni zamanda yalnız bir klubun və ya komandanın sifariş vərəqəsinə daxil oluna bilər.
4.16 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş vərəqəsində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunmuş sənədlərə üstünlük verilir:
a) Futbolçunun klub və ya komanda ilə yazılı müqaviləsi
b) Müqavilə olmadıqda, futbolçunun valideyninin (qəyyumunun) yazılı surətdə olan rəsmi mövqeyi
c) Bəzi fərdi münaqişələr AFFA-nın Futbolçuların Statusu və Transferlər komitəsi tərəfindən baxılacaqdır.
4.17 Hər futbolçu mövsüm ərzində yalnız 2 klubun heyətində çıxış edə bilər. Qeyd: ikinci seçmə mərhələ bitdikdən sonra futbolçu yalnız liqanın final mərhələsində iştirak etmək üçün 3-cü klub və ya komandaya transfer oluna bilər.
4.18 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmiş qaydalar üzrə həyata keçirilməlidir:
a) Klub və ya komanda mövsüm ərzində ayın ilk 15 günündə ən çox 3 (üç) futbolçunu sifariş etmək hüququna malikdir.
b) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı halda:
əvvəlki klubundan lisenziyasını təhvil verməlidir
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti UGYTŞ tərəfindən əvvəlcədən rəsmi elan olunur.
d) İkinci seçmə mərhələsi başladığı tarixdən AFFA-nın qeydiyyat bazasında olmayan futbolçu sifariş oluna bilməz.
e) İkinci seçmə mərhələyə yüksələn (yaxud vəsiqə qazanan) komandalar bir-birindən transfer edə bilməz.
f) İkinci seçmə mərhələ bitdikdən sonra final mərhələsinin püşkatmasına qədər olan müddətdə komandalara ən çox 10 futbolçunun sifariş etmək hüququ verilir (Püşkatma günü daxil deyil).
4.19 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
4.20 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Xarici pasport
Məktəb arayışı
Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
Müqavilə
Anket
Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
4.21 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
5. İştirakçı komandanın öhdəlikləri
İştirakçı klub və ya komandalar bu Əsasnamənin bütün bəndinə riayət etməlidirlər.
İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
Klub və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına məsuliyyət daşıyırlar.
U-14 Liqada iştirak edən komandalar xarici ölkələrə təlim məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə,klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-14 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda,oyunların təxirə salınıb salınmaması ilə bağlı son qərarı AFFA verir.
Oyun forması ilə bağlı qaydalar:
Liqada iştirak edən komandalar AFFA tərəfindən verilmiş müvafiq formalarla çıxış etməlidir.
Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ya məlumat verməlidir.
Yarışın keçirilmə sistemi
Yarışlar iki (2) seçmə mərhələ və final mərhələsindən ibarətdir.
I-ci seçmə mərhələ
Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq iki, üç, dörd və ya beş dövrədən ibarətdir.
Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
U-14 Liqada hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
Regional Futbol Federasiyası (RFF)
|
Keçirilmə yeri
|
I seçmə mərhələ
|
Birbaşa Final mərhələsinə çıxan komandalar
|
II seçmə mərhələsinə çıxan komandaların sayı
|
Final mərhələyə çıxan komandaların sayı
|
1-ci dövrədəki iştirakçıların sayı
|
2-ci dövrədəki iştirakçıların sayı
|
3-cü dövrədəki iştirakçıların sayı
|
4-cü dövrədəki iştirakçıların sayı
|
5-ci dövrədəki iştirakçıların sayı
|
Mərkəz RFF
|
İmişli
|
10
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Mərkəz RFF
|
Ağsu
|
8
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
Cənub RFF
|
Lənkəran
|
4
|
4
|
4
|
4
|
4
|
-
|
3
|
2
|
Cənub RFF
|
Cəlilabad
|
7
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
Şimal RFF
|
Sumqayıt
|
5
|
5
|
4
|
-
|
-
|
-
|
3
|
1
|
Şimal RFF
|
Quba
|
9
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
Şimal-Qərb və Qarabağ RFF
|
Mingəçevir
|
9
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Şimal-Qərb və Qarabağ RFF
|
Qəbələ
|
8
|
7
|
-
|
-
|
-
|
-
|
3
|
Qərb RFF
|
Şəmkir
|
11
|
4
|
-
|
-
|
-
|
-
|
3
|
2
|
Gəncə RFF
|
Göy Göl
|
10
|
5
|
-
|
-
|
-
|
-
|
3
|
Naxçıvan RFF
|
Naxçıvan
|
8
|
-
|
-
|
-
|
-
|
1
|
-
|
1
|
Bakı FF
|
Bakı
|
12
|
8
|
-
|
-
|
-
|
6
|
-
|
6
|